Ötən həftəsonu Bakıda Beynəlxalq Banka məxsus bir sıra bankomatlarda pul qıtlığı yaranıb.

Unikal.org bildirir ki, məsələ ilə bağlı qafqazinfo-nun sorğusuna cavab olaraq Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən bildirilib ki, noyabr ayının ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub:

"Artıq bu gündən problem tam həllini tapıb. Bankın bütün bankomatları inkassasiya edilib. Müştərilər nağdlaşdırma əməliyyatlarını indi Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə bilərlər".