Bakıda iş adamlarına qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Arzuman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Əliyev iş adamı Rüfət Vəliyevi Nizami rayonunun ərazisində olan Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri vəzifəsinə təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona küllü miqdarda ziyan vurub. 2007-2008-ci illərdə isə o, iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus küllü miqdarda əmlakı mənimsəyərək talan edib.