İrandan olan 8 miqrant ağızlarını tikərək Fransanın Kale şəhərində yerli hakimiyyət qurumlarının qaçqın düşərgəsinin sökülməsinə dair qərarına etiraz ediblər.
Unikal.org "Frans Press"ə istinadən verdiyi xəbərə görə, aksiyada iştirak edən miqrantlar əllərində plakatlarla düşərgənin ərazisində yürüş keçiriblər.
Məlumata görə, etiraz edən iranlı etirazçıların düşərgədə məskunlaşdığı daxma fevralın 29-da uçurulub.
Qeyd edək ki, fevralın 29-dan etibarən Kaledəki qaçqın düşərgəsi Fransanın müvafiq qurumları tərəfindən sökülməyə başlayıb. Düşərgədə 4 mindən çox qaçqın məskunlaşıb. Söküntü işləri zamanı polis miqrantlara qarşı gözyaşardıcı qadan istifadə edib.(apa)