Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın bağ evindən oğurluq edilib.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya S. Əhmədova məlumat verib. Onun sözlərinə görə, hadisə oktyabrın 29-da Bakının Maştağa qəsəbəsində, Ləyiş bağları, dalan 14 ünvanında qeydə alınıb.
S. Əhmədovanın evindən toyuq-cücə, cins quşlar oğurlanıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə müraciət edilib və araşdırma aparılır: "Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, oğruların tutularaq cəzalandırılması mümkün olmayıb.