"5/5" verilişində qonaq olan aparıcı Rahib Azəri ona verilən hədiyyədən danışıb.

Unikal.org-un məlumatına görə, o bildirib ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbov tərəfindən hədiyyə barədə ötən gün səhər xəbər alıb.

"İyunun əvvəlində Naxçıvanda çəkiliş etdik. Ora ilə bağlı 5 hissədən ibarət veriliş hazırlamışdıq. Səhər Naxçıvanın daimi nümayəndəliyindən zəng etdilər ki, mükafatlandırılmısınız və məni ora çağırdılar. Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun şəxsi hədiyyəsini mənə təqdim etdilər".


.