18 alimdən ibarət beynəlxalq araşdırma qrupu iflicin elektrosimulyasiya və xüsusi hazırlanıb seçilmiş fiziki təmrineldər vasitəsilə müalicə metodunu hazırlayıblar.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, eksperiment iflic olmuş makaka meymunları üzərində aparılıb.

Alimlərin hazırladıqları çip orqanizmin hərəkət funksiyalarını idarə edən neyronlar zəncirini "yenidən işə salmağa" imkan verir. Bu metoddan istifadə iflic təki müalicəsi mümkünsüz xəstəliyi lülə hüceyrələrindən istifadə etməməklə və ya cərrahiyyə müdaxiləsi olmadan sağaltmağa imkan verir.

Alimlər metodu onurğa beyinləri qəsdən zədələnmiş makakalar vasitəsilə nümayiş etdiriblər. Bəlli olub ki, çip və xüsusi ekzoskeletdən istifadə bir həftə ərzində makakalara hərəkət funksiyalarını qaytarmağa şərait yaradır.