Bakıda "İnternational Medical Centre klinikasında doğuş zamanı körpə ölümü ilə bağlı cinayət işi açılıb.

Unikal.org-un məlumatına görə, Nəsimi rayon prokurorluğundan Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, ölümün səbəblərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda cinayət işi ilə bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, noyabrın 10-da axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün "İnternational Medical Centre klinikasına müraciət edib. Doğuş zamanı körpə ölüb.