Bir neçə saat əvvəl İstanbulda güclü partlayış baş verib.

Unikal.org xəbər verir ki, Maltəpə məhəlləsindəki fabrikə gətirilən qutunun açılması zamanı partlayış baş verib. İlkin məlumatlara görə, azı 10 nəfər yaralanıb. Dərhal hadisə yerinə gələn tibbi briqada və xilasetmə dəstələri yaralılara ilkin yardım göstərib. Ağır yaralanananlar arasında fabrikin rəhbəri də var.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qutunun içində olan partlayıcı əl qumbarası olub. Onu müəssisəyə gətirən kuryer isə motosikletlə aradan çıxıb. Hazırda onun axtarışı davam edir.