Argentinada silahlı quldur dəstəsi kiçik bir şəhərə hücum edərək yerli meriya, bank, poçt şöbəsi, məhkəmə və hətta polis məntəqəsini qarət ediblər.
Unikal.org apa-yaistinadən bildirir ki, söhbət Santa-Fe əyalətində əhalisi 1800 nəfərdən ibarət olan Bernardo-de-İriqoyen şəhərindən gedir.
Məlumata
görə, əvvəlcə quldurlar polis məntəqəsinə hücum edərək polis əməkdaşlarını tərksilah
ediblər. Bundan sonra onlar, məhkəmə də daxil olmaqla, pul ola biləcəyi bütün
yerlərə "baş çəkiblər". "Onlar hətta mənim pul qabımı da
apardılar", - deyə hakimRaul Bonanesaşikayət edib.
Quldurlar, ümumilikdə, 250 min peso (təxminən 16 min dollar) oğurlayıblar.
Quldurlar şəhəri tərk etdikdən sonra sakinlər qarət barədə məlumat verə biliblər.
Təqib zamanı quldurlardan biri öldürülüb. Üç quldurun axtarışları davam
etdirilir.