Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Milli Qəhrəman Zaur Məmmədov adına 171 saylı orta məktəb acınacaqlı durumdadır.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, sakinlər istənilən an məktəb binasının uça və şagirdlərin ağır xəsarət ala biləcəyini deyirlər.

"Bu təhsil müəssisəsi keçmiş sovet dövründə Azərbaycanda analoqu olmayan məktəb sayılıb. Amma indi uçub dağılmaq vəziyyətindədir. Təəssüf ki, bizim uşaqlar belə bir şəraitdə olan məktəbdə oxuyur. Onların həyatından ciddi narahat oluruq, - deyə valideynlərdən biri söyləyib.

Onların sözlərinə görə, artıq 8 ildir ki, məktəbin təmirə bağlanacağı barədə vədlər verilir:

"1978-ci ildə inşa olunan təhsil müəssisəsi heç vaxt əsaslı təmirə bağlanmayib.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbin tədris korpusunun mühəndis müayinəsinin nəticələrinin təhlili göstərir ki, ibtidai siniflərin yerləşdiyi korpusların uzunmüddətli istismarı zamanı onların yükdaşıyan konstruksiyalarında zədələr yaranıb.

Təhlükəsizliyin təmin olunması məqsədilə qəzalı vəziyyətdə olan korpusda təhsil alan şagirdlər istiliklə tam təmin olunan əsas korpusa köçürülərək ikinci növbədə yerləşdirilib.

171 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpuslarında zəruri təmir işlərinin aparılması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılıb.

Bakıda bu məktəbin vəziyyəti şagirdlərin həyatı üçün təhlükəlidir - FOTOLAR