İngiltərə premyer-liqasında 12-ci turun matçları oynanılır. "Mançester Siti" klubu səfərdə "Kristel Pelas"ı 2:1 hesabla məğlub edib.

Unikal.org ESPN-ə istinadən bildirir ki, matçın qəhrəmanı "şəhərlilər"in 33 yaşlı ulduzu Yaya Ture olub.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola ilə kəskin münasibətlərdə olan Yaya Ture davranışına görə üzr istəyəndən sonra meydana çıxıb.

Kot-d-İvuardan olan futbolçu bu minvalla 3 aylıq fasilədən sonra əsas heyətdə yer alıb.

Avqustun 24-dən bəri "şəhərlilər"in əsas heyətində oynaya bilməyən Yaya Ture bugünkü matçda "Kristel Pelas"ın qapısına 2 qol vurub.

Əfsanə geri döndü - FOTO

Əfsanə geri döndü - FOTO

Əfsanə geri döndü - FOTO