Türkiyə Superliqasının 11-ci turununun mərkəzi oyununda "Fənərbaxça öz meydanında "Qalatasarayı qəbul edib.
Unikal.org-un məlumatına görə, Cüneyt Çakırın idarə etdiyi derbidə sevinənə tərəf "Fənər olub - 2:0
Bununla da 17 ildir Kadiköydə qələbə qazana bilməyən "Qalatasarayın uğursuz seriyası bir qədər də uzanıb.
Qazanılan qələbə sayəsində "Fənərbaxça turnir cədvəlində də "Qalatasarayı geridə qoyub. Xallarının sayını 21-ə çatdıran "Fənər üçüncü pilləyə yüksəlib. 20 xalda qalan "Aslanlar isə beşinci pilləyə yuvarlanıb.