Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Qadınlar Bayramı münasibəti ilə 250 nəfərlik ziyafət verəcək.
Unikal.org haberturk.com-a istinadən məlumatına görə, ziyafətə dəvət edilənlər arasında xadimə, polis, şəhid anası, şəhid arvadı və elm adamları da var.
Həmçinin, universitet rektorları və şəhər valiləri də dəvət alıb.
Qadınlar üçün özəl ziyafətə prezidentin ölkə gəzintisi zamanı tanış olduğu nənələr də dəvət edilib.