"Bakıda yağıntılardan ən çox zərər çəkən evlər Binəqədidə rayonundadır.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, bunu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib.

Rayon İH başçısı deyib ki, son günlər yağıntıların yaratdığı fəsadlar nəticəsində Binəqədi rayonunda 5000 ev zərər çəkib.