"Füzuli Su Elektrik Stansiyasında cari ilin 10 ayı ərzində 34,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 2,4 milyon kilovatsaat artıqdır.

Unikal.org "Azərenerji ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu stansiya ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə istifadəyə verimiş alternativ enerji mənbələrindən biridir. 

Ötən illərdə olduğu kimi, cari ilin 10 ayında da stansiyada elektrik enerji istehsalının digər texniki göstəricilərində yüksək nəticələr əldə edilib.

Cari ilin son üç ayı ərzində stansiyada qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilib.

Ümumi gücü 25 MVt olan bu elektrik stansiyası 2012-ci ildə istismara verilmiş və 4 hidroturbindən ibarətdir.