Avstraliya universitetlərinin alimləri müəyyənləşdiriblər ki, donqar balinalar su səthinə etdikləri zərbələr vasitəsilə bir-biriləri ilə ünsiyyət qururlar.

Unikal.org azertag-a istinadən xəbər verir ki, donqar balinalar tez-tez suyun səthinə çıxaraq, kürəkləri və ya quyruq üzgəcləri ilə suya güclü zərbələr endirirlər. Alimlər tədqiqat zamanı 94 qrup balinanın davranışını müşahidə ediblər. Müşahidələr əsasında ehtimal olunur ki, kürəklər və quyruq üzgəcləri ilə suyun səthinə zərbə vurmaq digər balinalarla ünsiyyət saxlamaq vasitəsidir. Balinalardan ibarət qrup dörd kilometrdən uzaq məsafədə olduqda bu hərəkətlərin tezliyi aşağı düşür.

Alimlərin fikrincə, bu cür ünsiyyət vasitəsilə uzaqdakı balinalar qrupu ilə də əlaqə yaratmaq mümkündür.