ATV-nin aparıcısı Zaur Baxşəliyev "Bizimləsən" verilişində göz yaşlarını saxlaya bilməyib.

Unikal.org-un məlumatına görə, aparıcı anasının xətrinə dəydiyini deyib:

"Anamın xətrinə dəyən addım atmışam. Bu məni çox pis etdi. Vicdan əzabı çəkirəm. Allah günahımı bağışlasın. Heç birimiz günahsız deyilik. Hər bir insanın səhvləri var. Burada "ana" deyib parçalandığımız anlar da olub. Bəzən özümüzü dərk etmədən səhv addım atırıq. Bu da qəlbə dəyir. Gözümün qabağına həmin an gəldi. Belə halda məhv oluram".