Müğənni Sibel Can bu dəfə də oğlu Engincan Urala aldığı bahalı hədiyyə ilə gündəmə gəlib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Engincana dəyəri 1,5 milyon dollar olan İstanbulda Qalata ərazisində mülk alıb.
Bir müddət əvvəl həmin ərazidən keçərkən oğlunun oralardan xoşu gəldiyini bilən Sibel onun arzusunu ürəyində qoymayıb.
Engincanın malikanəsinin olduğu məhəllədə Tarkan, Sezen Aksu kimi məşhurların da evi var.
Qeyd edək ki, bu bahalı hədiyyə Sibel canın oğluna ilk hədiyyəsi deyil. Bundan əvvəl o, Urala təhsil sahəsində qazandığı uğurları ilə əlaqədar "Audemars Piguet" markasından saat hədiyyə etmişdi.
Saatın qiyməti 150 min TL (təxminən 76 min manat) dəyərindədir.