Bir neçə gün öncə artıq çəkidən xilas olmaq üçün əməliyyat olunan əməkdar atrist Lalə Məmmədova qızları ilə birgə "Atv maqazin onlarla" verilişinə maraqlı açıqlamalar edib.
Unikal.org xəbər verir ki, sənətçi balaca qızının nadinc olmasından danışıb:
"Mənim bu balaca qızım dəhşətdir, görəsən kimə oxşayıb? Ailəmizdə belə bir uşaq olmayıb. Amma maşallah, bir tərəfdən də sevinirəm qoy elə belə olsun. Nərgiz atasına daha çox bənzəyir, Çinarə isə mənə. Hansı sahədə olurlarsa olsunlar əsas odur ki, uğur qazansınlar".
Ailədə beş bacı olduqlarını deyən müğənni, atasının həmişə ona dəstək olduduğu bildirib.