İkinci uşağını dünyaya gətirməyə hazırlaşan müğənni Pink hamiləlik dövründən tez-tez paylaşımlar edir.
Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, 37 yaşlı Pink bu dəfə çılpaq halda kamera qarşısına keçib. Fotoda sənətçinin 5 yaşlı qızı Uillou əllərini onun qarnı üzərinə qoyub. Həyat yoldaşı Keri Hartla xoşbəxt həyat yaşayan Pink mediada onun boşanması haqda xəbərlərdən birini paylaşaraq lağa qoyub.