Image result for Hərbi salamDünəndən etibarən mərhum prezident Heydər Əliyevin anım günündə hərbi salam verə bilməyən prokurorun kimliyi ciddi müzakirələrə səbəb olub. Videoda prokurorun hərbi salamı sol əli ilə verdiyi əks olunub.

Unikal.org mövzunun aktuallığını nəzərə alaraq, sizlərə bu davranışın tarixi barədə məlumat verməyə qərara aldıq.

                  «Hərbi salam» nədir?

Orduda qəbul olunan hərbi salamlaşmanın - sağ əli furajkanın günlüyünə qoymaq ənəsinin tarixi isə çox əsr əvvələrə gedir. Hansı ki, o dövrlərdə cəngavərlər yaraq-əsləhəni tam komplektdə daşıyırdılar. İki cəngavər qarşılaşdıqda qarşılarındakı şəxsin dost, ya düşmən olduğunu anlamaq üçün onlar dəbilqəni, yaxud da dəbilqənin qalxanını qaldırmalı olurdular. Bu hərəkət artıq yaraq-əsləh gəzdirmə dövrü sona çatdıqda belə, döyüşə hazırlaşan iki şəxsin qaşılaşması zamanı təkrar olurdu. Beləliklə, hərbi salamlaşmanın əsası qoyuldu.
Image result for military salute

Başındakı geyimi (dəbilqə, furajkanı) çıxarma əvəzinə əli alına tərəf qaldırmanın da öz tarixi var. Əsgərlər tüfəngi barıtla doldurarkən əlləri hisə batmış olurdu. Baş geyimini də çirkli əllərlə çıxartmaq onu yararsız hala gətirmək demək idi. Ona görə də XVIII əsrin sonlarında hərbi salamlaşma sağ əli furjkanın günlüyünə qoymaq hərəkəti ilə məhdudlaşdırıldı.

Əvvəllər demək olar ki, dünyanın hər yerində, orduda aşağı rütbəlilər yüksək rütbəliləri salamlayarkən şlyapalarını çıxarmalı imiş, əsasən də Böyük Britaniyada. XVIII- XIX əsrlərdə B. Britaniya ordusunda hərbi baş örtüyü çox iri olduğundan onu hər dəqiqə çıxarıb-taxmaq çətinlik yaradırdı. Bu səbəbdən də hərbidə salamlaşma, sağ əldəki barmaqların ucunu alına toxundurmaqla sadələşdirildi.

Məlum olduğu kimi, hərbi salamlaşma ilk dəfə 1745-ci ildə Koldstrim alayında, İngiltərə kraliçasının elitar qvardiyasının şəxsi mühafizə bölməsində rəsmiləşdirildi. Alay qvardiyasının nizamnaməsində belə yazılıb: "Şəxsi heyətə əmr verilmişdir ki, artıq, zabitlərə salam verərkən və ya müraciət edərkən, şlyapa çıxarılmamalı, əvəzində, sadəcə olaraq sağ əldəki barmaqların ucu papağa toxundurularaq, tənzim edilməlidir".

Azərbaycanda hərbi salam Azərbaycan Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun yerinə yetirilir.
Image result for hərbi salam
Bütün qoşun növləri həmçinin,polis və xüsusi xidmət orqanlarının əməkdaşları bu Nizamnamənin tələblərində qeyd olunan hərbi salam qaydasına əməl edirlər.Nizamnamədə yazılır:
- Hərbir hərbi qulluqçu özündən böyük komandir və ya rəislərə hərbi salam verməyə borcludur;
- Hərbi salam verərkən sağ əlin barmaqların birləşik vəziyyətdə baş geyiminə elə yaxınlaşdırmaq lazımdırki,orta barmaq qaşın qurtaracağ hissəsindən bir neçə milli aralı və əlin içi görülməmək şərti ilə qol yerə paralel olsun;
- Hərbi qulluqçunun əgər baş geyimi yoxdursa,o yaxınlaşan rəisi Farağat vəziyyətində gözü ilə müşahidə edərək ondan aralaşmağını gözləməlidir;
- Əgər hərbi qulluqçu böyük rəisin yanından keçirsə o,rəisə üç addım qalmış hərbi salam verib tam addım atır və ümumi altı addım ataraq onun yanından sovuşur.
Bu davranış günümüzdə hörmət və ehtiram simvoluna çevrilib, hərbçilər bir-birlərini, ya özündən yüksək rütbədə olan birini və ya qarşısındakı qadını salamlayarkən bu cür hərəkət etməyə başladılar.