"Azərbaycanda icbari tibbi sığorta xidmətləri göstərən sağlamlıq müəssisələrinin gəlirlərinin möhlətsiz olaraq mənfəət vergisindən azad edilməsi planlaşdırılır".

Unikal.org xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, bu, parlamentə təqdim olunmuş vergi qanunvericiliyinə dəyişikliklərdə nəzərdə tutulub.