Serbiya hökuməti daşqınlar təhlükəsi səbəbindən ölkənin bütün ərazisində fövqəladə vəziyyət elan edib.
Unikal.org "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hökumətin məlumatına əsasən,  qabaqlayıcı tədbir kimi fövqəladə vəziyyətin elan olunması daşqınların fəsadlarının aradan qaldırılmasında ölkədəki bütün qurumların fəaliyyətini asanlaşdıracaq və tezləşdirəcək.   
Qeyd edək ki, bir neçə gündür Serbiyada davam edən leysan yağışlar daşqınlara səbəb olub. Sinoptiklər yağışların martın 15-dək davam edəcəyini proqnozlaşdırırlar.