Hindistanın sadhusu Amar Bharati həyat yoldaşı və üç uşağı ilə birlikdə yaşayan adi adam idi. Lakin o, 1970-ci ildə həyatını tamamilə dəyişmək qərarına gəlir: ailəsindən imtina edir və özünü Şiva tanrısına həsr edir.
Unikal.org xəbər verir ki, o, sadhu paltarı geyinərək, əlində dəmir əsası ilə Hindistan yollarında dolanmağa başlayır. Üç ildən sonra hələ də keçmiş həyatına bağlı olduğunu düşünərək sağ əlini havaya qaldırır. O, bu hərəkəti ilə sadəcə tanrısına sədaqətini göstərmək istəyirdi.
Amar əlini 1973-ci ildən göydə saxlayır. Buna görə əli fəaliyyətdən qalaraq vertikal şəkildə donub qalıb. O, artıq istəsə belə əlini endirə bilmir.
Sadhu həyatı boyu qeyri-adi ayinlər edir, günlərlə ac qalır və çimmir. Onun bu hərəkəti izləyənlər tərəfindən bir mənalı qarşınlanmayıb.