Rusiya Prezidenti Vladimir Putin İranın nüvə proqramı ilə bağlı məsələnin həlli barədə "BMT Təhlukəsizlik Şurasının (TŞ) 20 iyul 2015-ci il 2231 saylı qətnaməsinin yerinə yetirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.
 
Bu barədə Unikal.org Trend-ə istinadən xəbər verir.

Fərmana əsasən, Rusiya şirkət və müəssisələri İrana xüsusi təyinatlı malları göndərməzdən əvvəl BMT TŞ-dən icazə almalıdırlar.

Bu siyahıda nüvə materialları, ikili təyinatlı avadanlıqlar, xüsusi qeyri-nüvə ləvazimatları və müvafiq texnologiyalar var.

Fərman 18 oktyabr 2025-ci il tarixinədək qüvvədə olacaq.