İranın ballistik raketləri sınaqdan keçirməsi ilə əlaqədar ABŞ martın 14-də  BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
 
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bəyan edib.
 
"Rəsmi Tehranın hərəkətləri təxribat xarakterlidir və regionda gərginliyin artmasına xidmət edir. Üstəlik, İran liderləri raketlərin bilavasitə İsrailə tuşlandığını bəyan ediblər. Biz ən yaxın tərəfdaşımıza qarşı səsləndirilən təhdidləri qətiyyətlə pisləyirik", deyə S.Pauer bildirib.
 
Xatırladaq ki, bu həftə "İslam İnqilabı Keşikçiləri" Korpusu öz istehsalı olan  iki ballistik raketi sınaqdan keçirib.