"ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinin qonağı aparıcı Afaq Gəncəli olub.

Unikal.org xəbər verir ki, proqram zamanı xalq artisti Faiq Ağayev efirə qoşularaq aparıcı ilə birlikdə çəkildiyi "Əlvida" klipindən danışıb:

"Afaqın televiziyaya gəlişi mənim yadımdadır. İlk təəssüratım o oldu ki, bu nə gözəl qızdır. Daha sonra Afaq ağıllı və müdrik olmasını da təstiqə yetirdi. Afaqın apardığı verilişdə ilk qonağı oldum. Ondan sonra onunla çox yaxın olduq. Afaqı böyük məmnuniyyətlə baş rolda klipimdə çəkdim. Həm mələk, həm də iblisi oynamalı idi. "Əlvida" klipinin son çəkiliş mərhələsində səhər saat 5-də qar yağmışdı. Çəkildiyimiz məkan da çox soyuq idi. Rejissorun istəyi ilə Afaq nazik paltarda mərmər pilləkənın üzərində uzanmalıydı. Mən də kameranın arxasında dayanıb Afaqın yerinə tir-tir əsirəm. Çəkiliş bitəndən sonra əlimə yorğanı götürüb Afaqın üstünə atıldım. Onu isitmək üçün çalışdım. Afaq çox keyfiyyətli jurnalistdir. Afaq ilk və son dəfə baş rolda mənim klipimdə çəkildi".

A.Gəncəli öz növbəsində F.Ağayevin dediklərinə belə cavab verib:

"Çox utandım. Mən təriflənəndə çox utanıram. İstəyirəm tez bitsin. Amma çox xoşuma gəlir. Tənqidləri də qəbul edib, nəticə götürürəm. Tənqid bir az mənə pis təsir edir, amma yaxşı ki, var. Klip təklifinə gəlincə isə Faiq bəy yenə təklif etsə, razılaşaram. Mən çəkilmək istəmirdim. Faiq müəllim özü məni başa saldı hərtərəfli. Məni hər zaman kliplərə Afaq olaraq dəvət edirdilər. Mən də deyirdim ki, bu Afaq var zatən. Məni başqa rolda tanıtmalarını istəyirdim. Faiq Ağayev mənə obrazı anladanda şeytan olmağı seçdim. 1 dubla şeytan oldum. Düşünürdüm ki, heç vaxt şeytan ola bilmərəm, amma alındı".