"Lider televiziyasının "Çıxış yolu verilişinin yayımı bərpa olunub.

Unikal.org xəbər verir ki, bu barədə report-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Onun sözlərinə görə, verilişin adı olduğu kimi saxlanılıb, formatında isə dəyişiklik edilib:

"MTRŞ-nın verdiyi tövsiyələrin nəzərə alınması əsasdır.

Qeyd edək ki, "Çıxış yolu verilişinin yayımı bir müddət əvvəl efirdə qeyri-etik ifadələr səsləndirildiyinə görə dayandırılıb.