Qoç- peşəkar fəaliyyət baxımdan o qədər qorxulu deyil. Buna rəğmən nikbin olun, yaşama sevinin, dostlarla ünsiyyətdə olun. Tənbəllik etməyin, süst davranmayın.
Buğa- yarısında işlərinizi başqalarına etibar və həvalə etməyin. Başladığınız işləri yarımçıq qoymayın, prosesləri diqqət mərkəzində saxlayın.
Əkizlər- səhhətinizə fikir verin. Bədxahlarınızın zərərli təsirlərinin dağıdıcı səciyyə almasına imkan verməyin. Nüfuz və simanızı qoruyun. Kiminsə böhtanı sizə ağır zərbə vura bilər.
Xərçəng- münaqişə və ya davadan sonra barışmaq asan olmadığından güzəştə gedin, vəziyyəti ağırlaşdırmayın. Günün ikinci yarısında aqressiv, qıcıqlı olmayın. Əhəmiyyətli xərclər istisna deyil. Onların əksəriyyəti məntiqsizdir.
Şir- ən yaxın insanlarınızla ünsiyyətdə problemlər yarana bilər. İstədiyinizi dərhal əldə etmək istəyirsiniz və bu, mümkün olmayanda ətrafınızdakı insanları suçlamayın.
Qız- yeni işə başlasanız, onu maraqla və ciddi şəkildə yerinə yetirəcək, çox parlaq şəkildə başa vuracaqsınız. Gəlirləri artırmaq, səylərinizin və əldə olunan nəticənin etirafı imkanları yaranır.
Tərəzi- düşünülməmiş addımlar atmayın. Diqqət və sərvaxtlıq tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər.
Əqrəb- səhhətinizlə rasionunuza fikir verin. Həzm prosesində problemlər yarana bilər.
Oxatan- ailədə yaranmış problemi həll etməyə çalışın. Şəxsi istəklər və planlarınızı ümumi mənafeyə qurban verməli olacaqsınız. Alış-veriş üçün əlverişli zaman deyil. Gərəksiz, ehtiyac duyulmayan əşya almayın. Bədxərclik etməyin.
Oğlaq - emosiyaların təsiri altında sonradan yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Az sonra yaşamınızda problemlərə rəvac ola biləcək düşünülməmiş addımlar atmayın.
Dolça- problemlərinizlə qayğılarınızı yaxınlarınızla bölüşməkdən çəkinməyin. Yardıma ehtiyacınız olan vaxtda kömək ala bilərsiniz. İşdə həmkarlarınız və rəhbərliklə münasibətlərdə sərinləşmə ola bilər.
Balıqlar- gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır. Çətin, malik olduğunuzdan artıq bilik və təcrübə tələb edən işlərlə qarşılaşacaqsınız. Şəxsi münasibətlər zəminində dəyişikliklər ola bilər.
Milli.Az