Bakının Nəsimi rayonunda mənzildə qadın meyiti aşkarlanıb.

FHN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə daxil olub və 1948-ci il təvəllüdlü Abbaszadə Rahilə Bəhram qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.