Türkiyənin “Trabzonspor” komandası heyətinə yeni futbolçu cəlb edib.

"Unikal" xəbər verir ki, Qara dəniz təmsilçisi belçikalı oyunçu Kazım Olaiqbenin keçidini rəsmiləşdirib.

Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Belçikanın U-21 millisində çıxış edən K. Olaiqbenin son klubu Fransa təmsilçisi “Renn” olub.