Milli Məclisin deputatı Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlılarla barədə işlətdiyi ifadələrlə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, modern.az-a danışan deputat ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları inctməsindən təəssüfləndiyini bildirib. A.Şahverdyievin sözlərinə görə, o, kobud ifadə səsləndirmək fikrində olmayıb: "Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. Buna görə nə cəza vermək istəyirlərsə, mən hazıram. İnsanları incitdiyimə görə təəssüf edirəm.

Qeyd edək ki, deputat "Azadlıq radiosuna müsahibəsində belə demişdi: "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodlarıdır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da-¦ Hər yerdə belə tör-töküntülər var.