Rusiya bazarlarında işləyən azərbaycanlıları "otxod" adlandıran deputatla bağlı Milli Məclisin İltizam Komissiyası toplanacaq.

Bu barədə Unikal.org-a komissiyanın sədri Ağacan Əbiyev məlumat verib. O, qeyd edib ki, komissiyasının 9 üzvü yığışacaq: "Parlamentin bu ilki son iclasında Astan Şahverdiyevin dedikləri müzakirə olunacaq. Təhqirə yol verən deputatla bağlı qərar veriləcək. Dediklərinə görə cəzasını alacaq".