"Bir vaxtlar ermənilərin mənim əleyhimə yazdığı məqalədə Azərbaycan xalqına qarşı səsləndirdikləri "fikirləri deputat həmkarım Astan Şahverdiyev millətimizə qarşı təkrarlarlaması təssüfedicidir.

Bu fikirləri Unikal.org-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib: "Bir neçə il bundan əvvəl ermənilər panarmenian.ru saytında mənim əleyhimə tənqidi "məqalə dərc etmişdilər. Həmin yazıda bildirilirdi ki, Azərbaycan xalqının heç bir mədəni, intelektual potensialı yoxdur və onlar Rusiyaya səpələnmiş, bazarların "otxodlarıdır.
Mən fəxr edirəm ki, ermənilər o boyda məqalə yazıb məni söyüblər. Amma mənim deputat həmkarımın bu fikirləri Azərbaycan xalqına qarşı səsləndirməsi üzücüdür.

A.Əlizadənin sözlərinə görə, xalq millət vəklinə deyil, millət vəkili xalqa borcludur:

"Bu fikir Azərbaycan deputatının ağzından çıxırsa, mən təssüf hissi keçirirəm. Axı insan öz xalqı haqqında ecə belə fikirlər işlədə bilər?