İsrailin Azərbaycandakı səfiri Dan Stav Bakıda 46 nömrəli yəhudi məktəbini ziyarət edib.

Səfirlikdən Unikal.org-a verilən məlumata görə, D.Stav məktəbdə "Vaad Le Hatzala" təşkilatının Azərbaycan filialının direktoru ravin Şmuel Siam Tov, onun müavini ravin Ramiz İsayev və məktəbin direktoru Sevin Budaqova ilə görüşüb.

Səfir məktəbdə təhsilin və tədrisin səviyyəsindən məmnun qalıb. Şagirdlər "Hanuka" bayramına həsr olunmuş mahnılar və klasik musiqi kompazisiyaları ifa ediblər.

D.Stav həmçinin "Hava qadın xeyriyyə təşkilatına baş çəkib. Təşkilatın rəhbəri Solmaz Yusifova ilə görüşdə layihələr və təşəbbüslər müzakirə edilib.