"Rusiyada çalışan soydaşlarımızın iqtisadi vəziyyəti çox ağırdır.

Bu sözləri Unikal.org-a tanınmış müğənni Manaf Ağayev bildirib. O qeyd edib ki, vəziyət çətin olduğuna görə iki ildir toylara da çağırmırlar:

"Dollar bahalaşandan sonra Azərbaycanda olduğu kimi Rusiyada da iqtisadi vəziyət çətinləşib. Amma iki il əvvəl hammı kimi məni də toylara çağırırdılar. Vəziyət çox yaxşı idi. Mən əvvəl ansanblımla Rusiyaya toylara gedirdim. Bizim hər birimizin bilet pulunu, qalmaq xərcini soydaşlarımız verirdi. İmkan zəif olduğundan mən Rusiyaya iki ildir toylara dəvət olumuram.

Rusiyada yaşayan əksər azərbaycanlılar torpağını, vətənini, xüsusən Qarabağımızı sevirlər. Onlar vətənimizə bağlı olan insanlardır.