Azərbaycan və İran arasında Novruz bayramı ərəfəsində məhbusların mübadiləsi baş tutacaq.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, bunu  İran Xarici İşlər Nazirliyinin sözçüsü  Hüseyn Cabiri Ənsari deyib.
 
O bildirib ki, bu mübadilə Azərbaycanla İran arasında ekstradisiya müqaviləsi əsasında, hər iki ölkənin XİN-ləri və İranın Bakıdakı səfirliyinin səyi nəticəsində baş tutub.
 
H.Cabiri Ənsari bildirib ki, bu gün Azərbaycan həbsxanalarında cəza çəkən 5 nəfər və İran həbsxanalarında cəza çəkən 4 azərbaycanlı ölkələrinə qaytarılıb.
 
Onun sözlərinə görə,  məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.