Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında növbəti dəfə bayram əhvalı yaşadıb.
Unikal.org məlumatına görə, bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirə start verilib. Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edəcək.
Tədbirə "28 may" metrostansiyasından start verilib. Tədbirdə Şaxta Baba və Qar qız obrazlarında Bakı Mertopoliteni QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayevadır.
Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb. Tədbir 2 gün davam edəcək.
Xatırladaq ki, Bakı Metropoliteni QSC ötən il də bu cür tədbir keçirmişdi.