Məzarlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Gələn il bu layihəyə baxılacaq.

Unikal.org-un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanun yalnız yeni salınan məzarlıqlara aid olacaq: "Kimsəsiz insanların necə dəfn olunması məsələsi də qanunda əks olunub. Xüsusi kimsəsizlər qəbiristanlıq salınmayacaq. Yəni, ayrı-seçkilik olmayacaq.

M.Qurbanlı bildirib ki, layihədə öncədən yer götürmək qadağan olunacaq:

"Yanlız şəxsin vəsiyyətinə əsasən, kişidirsə, xanımın, xanımdırsa, həyat yoldaşının yanında dəfn ediləcək. Məzarların hamısı eyni olacaq. Burada əsas məsələ məzarların dəbdəbəli olmasının qarşısının alınmasıdır.