Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti 1 saata yaxın məhdudlaşdırılıb. 

Bu barədə Unikal.org-un ərazidəki müxbiri xəbər verib. O, qeyd edib ki, hazırda yolda sıxlıq var və avtomobillər hərəkət etmir. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Baş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, prezident İlham Əliyev əhəmiyyətli tədbirlərin birində iştirak etdiyi üçün Bakı -Sumqayıt yolunda hərəkət məhdudlaşdırılıb. O vurğulayıb ki, 15-20 dəqiqə ərzində hərəkət bərpa olunacaq.