"Əfv sərəncamı bir başa Prezidentin səlahiyyətində olan məsələdir."
Unikal.org-un məlumatına görə, bunu aznews.az-a açıqlamasında Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, Əfv sərəncamının nə zaman imzalanmasını ancaq Prezident özü müəyyənləşdirir:
"2016-cı ilin əvvəlində Əfv sərəncamı və ortalarında isə amnistiya aktı imzalanıb. Ona görə güman etmirəm ki, Əfv sərəncamı olacaq."
Əliməmməd Nuriyev qeyd edib ki, Əfv Komissiyası daima işləyən bir qurumdur:
"Quruma hər gün müraciətlər daxil olur, araşdırılır və baxılması üçün aidiyyatı qurumlara göndərilir."