Facebook sosial şəbəkəsinin təhlükəsizlik bölməsi Taylandda terror törədiləcəyi haqda məlumat yayıb.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, Facebook Banqkokda bombalı hücumun olacağıyla bağlı bölgədəki istifadəçilərinin etibarlı yerdə olub-olmamalarını bilmələri üçün təhlükəsizlik funksiyasını aktivləşdirib.

Xüsusiyyətin aktivləşməsinə Banqkokdakı hökumət binasına molotov kokteyli atan bir etirazçının səbəb olduğu məlum olub.

Bu vaxt partlayışla əlaqədar bir video paylaşılıb. Ancaq bunun 2015-ci ildə Banqkokda meydana gələn partlayışa aid olduğu müəyyən edilib.

İstifadəçilərin özlərini "təhlükəsiz" olaraq xəbərə işarələmələri isə Facebook-un yanlışlığa yol verdiyini ortaya çıxarıb.