Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 3 hərbçisi həlak olub.

Unikal.org düşmən mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsrun Ovanisanyan məlumat verib. O bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin şimal-şərq istiqamətində hərbi toqquşma olub. Düşmən rəsmisi əmişəki kimi günahı yenədə Azərbaycan Ordusunun üzərinə yıxmaqla kifayətlənib.
Nəticədə Ermənistan tərəfi baş leytenant Şavarş Melikyan, Edgar Narayan və Erik Abovian adlı hərbiçilərini itiriblər.
Arsrun Ovanisanyan bildirib ki, Azərbaycan ordusu da itki verərək geri çəkilib.

Məsələ ilə bağlı, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı TASS agentliyinə açıqlamasında deyib ki, Cəbhədə hər hansı hərbi toqquşma ilə bağlı rəsmi məlumat yoxdur. Əgər belə bir hal baş verərsə, Müdafiə Nazirliyi məlumatı rəsmi kanallar vasitəsilə yayacaq.