Azərbaycanda Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzləri yaradılıb.

Unikal.org xəbər verir ki, Nazirlər Kabinetindən trend-əverilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişikliklər edilib.

Qərara əsasən, Mədəniyyət və Turizm Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Mədəniyyət və Turizm Nazirliyi Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində həmin nazirlik üçün nəzərdə tutulmuş müvafiq vəsait dairəsində həyata keçirəcək.