Bəzi banklar dekabrın 15-də "Azneft İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsində baş vermiş hadisədə həlak olmuş və itkin düşmüş neftçilərin borclarını silib

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, "Unibankın Müşahidə Şurasında bu məsələ müzakirə olunub və bank rəhbərliyi faciə nəticəsində həlak olan və itkin düşən neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanmasına qərar verib.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həlak olan və itkin düşən neftçilərdən 3 nəfəri "Unibankın müştərisidir.

Bununla əlaqədar olaraq, faciədə həlak olan və itkin düşən neftçilərin ailə üzvlərindən xahiş olunur ki,Unibankın Rəşid Behbudov ünvanında yerləşən baş ofisinə müraciət etsinlər.