Sabah saat 10:00-dan 12:00-dək "Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Şorsulu qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Unikal.org SOCAR-ın saytına istinadən məlumat verir ki, təmir müddətində Salyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.