2016-cı ilin başa çatmasına saatlar qalıb. Qarşıdan gələn 2017-ci il Xoruz ili üzərində təhvil olunur.


Unikal.org  xarici KİV-ə istinadən qarşıdan gələn ili qarşılamaq üçün məsləhətlər təqdim edir:

Bayram gecəsi nə geyinməli?

Xoruz qırmızı və tünd rəngləri sevir. Çalışın birrəngli qırmızı libas geyinin. Kişilər isə qırmızı amil olan kostyum, kofta, köynək geyinə bilərlər.


İli harda qarşılamalı?

Xoruz ev heyvanıdır. Ona görə də bayramı evdə, yaxınlarınızın əhatəsində keçirməyiniz məsləhətdir. Çalışın şən, səs-küylü ab-hava yaradın.


Süfrəyə nə düzməli?

Süfrənin bəzəyi toyuq ətidir. Çalışın tərkibində yumurta olan yeməklər və salatlar hazırlayın. Masaya meyvədən hazırlanan piroq, tort düzməyi unutmayın. Salatlafınızın üstünü kətan toxumu ilə bəzəyin. Balıq və ətdən də xörəklər hazırlaya bilərsiniz.

Masaya pambıq və qırmızı süfrə sərin. Stola təbii gül qoyun. Sintetik süfrə, dəsmal və plastik qablardan uzaq olun.


İlin talismanı

İlin əsas talismanı əlbəttə ki, oyuncaq formasında olan xoruzdur. Eyni zamanda xorz rəsmləri də hədiyyə ala bilərsiniz.