Sumqayıtda şirkət əməkdaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Unikal.org-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, hadisə martın 13-də H.Zeynalabidin qəsəbəsində yerləşən "AzərTexnoline" MMC-də baş verib. Həmin şirkətdə çalışan Sumqayıt şəhər sakini Füzuli Kərimovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.