"Atam rəhmətə gedəndə evdə bir dəftər var idi. Orada kimlərə nə verdiyini, nə aldığını, borclarını yazmışdı. Hər gün bunu anamla da paylaşırdı.

Unikal.org-un məlumatına görə, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən verilişində deyib.

Aparıcı dünyasını dəyişən atasından bəhs edib:

"Atam 61 yaşında telefonla danışdığı yerdə qəfildən dünyasını dəyişdi. Heç yataq xəstəsi də deyildi ki, deyək canı qurtardı. Atamın ölümü gözləmədiyimiz an idi. Başımızı itirdik ki, nə baş verir? Gözümüzü açıb yumduq ki, adam yoxdur. Əgər o yazdıqları olmasaydı başımızı itirərdik. İnsan ölüb gedir, arxada buraxdıqları qalır. Ona görə də ailənizlə açıq olmalı, hər şeyi bölüşməlisiniz. Dost qədəh bitənə qədər, ər-arvad isə ömür bitənə qədərdir.