"NEW Jersey Journal" qəzetində yayılan xəbərə görə, İstanbulda məşhur bir restoranın ortaqlarından olan və ABŞ-dakı tanınmış bir kafenin 60 yaşlı türkiyəli tanınmış sahibi Zülfikar B. Nyu-Yorkdakı obyektlərində işə götürmək vədi ilə görüşdüyü 27 yaşlı bir qızı zorladığı iddiası ilə həbs edilib.
Unikal.org xəbər verir ki, polis qadının ifadəsinə əsaslanaraq, cütlüyün restorandakı görüşündən sonra B.-nin çağırdığı avtomobil ilə birlikdə fərqli ünvanlara getmək üçün restorandan ayrıldıqlarını, ancaq Zülfikar B.-nin restoranda başlayan təcavüz addımının avtomobilin arxa oturacağında da davam etdiyi üçün iş adamını nəzarətə götürüb.
Gənc qadının şikayətindən sonra məşhur iş adamının qaldığı oteldə tutulduğu, daha sonra yerləşdirildiyi həbsxanadan video bağlantı əlaqəsi ilə qatıldığı məhkəməyə 25 min dollar ödəyərək sərbəst buraxıldığı ortaya çıxıb.milli.az